Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Milli Paralimpiya Komitəsi beynəlxalq əlaqələri genişləndirir - FOTOLAR

18 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Zakari Gros ilə görüşüb.

Press.az xəbər verir ki, görüşdə MPK prezidenti İlqar Rəhimov qonağa komitənin fəaliyyəti, əldə olunan nailiyyətlər barədə və bu il baş tutacaq “Tokio 2020” Yay Paralimpiya oyunlarına hazırlıq barədə məlumat vermişdir.

Komitə prezidenti Azərbaycanda əlilliyi olan uşaqların idmana cəlb edilməsi üçün 2013-cü ildə ölkədə Uşaq Paralimpiya Hərəkatının yaradıldığını da qeyd edib və bildirib ki, hər il bu hərəkatdan çıxan paralimpiyaçılar müxtəlif beynəlxalq yarışlarda uğurla ölkəmizi təmsil edirlər. 2019-cu ilin noyabr ayında keçirilən “Yenilməzlər” beynəlxalq qala təqdimatı haqqında məlumat verilmiş və regionlarda bu layihənin davam etdirilməsi planlaşdırıldığı qeyd edilmişdir.

Cənab səfirə Komitə tərəfindən müyəssərliklə bağlı yeni layihələrə start verildiyi barədə məlumat verilmişdir.

İ.Rəhimov ölkəmizdə Abilimpiya hərəkatına xüsusi diqqət ayrıldığını vurğulayıb. O, Milli Paralimpiya Komitəsinin ölkəmizdə Abilimpiya hərəkatının inkişafını dəstəkləmək üçün Beynəlxalq Abilimpiya Federasiyasına üzv seçildiyini barədə səfirə məlumat verib və öləmizdə Abilimpiya Federasiyasının yaradılacağını bildirib.

MPK prezidenti 2024-cü ildə Paris şəhərində keçiriləcək Yay Paralimpiya Oyunlarından söz açıb. İlkin hazırılıq planı ilə tanışlığın olduğunu vurğulayıb və Fransanın həmin oyunları əsl idman bayramına çevirəcəyinə əmin olduğunu bildirib.

Səfir Zakari Gros öz növbəsində ölkəsinin paralimpiya dəyərlərinə önəm verdiyini bildirib, Paralimpiya Komitəsi ilə əlaqələrin qurulmağını vacib hesab edərək müxtəlif sahələrdə sosial proqramlar çərçivəsində birgə iş qurulmasını dəstəklədiyini bildirmişdir.

Daha sonra tərəflər gələcək əməkdaşlıq ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.

Görüşdə Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov iştirak edib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI