Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Evdə oturub, divana bağlı qalırsan" - Rıbka

18 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bu vəziyyətdə UEFA-nın qərarını gözləmək üçün 4-5 günlük istirahətə buraxılmışıq. Bundan sonra bir qərar veriləcək. Hazırda vəziyyət aydın deyil, gözləmə rejimindəyik. Məşqlərimiz dayanıb, hamımız evdəyik".

Press.az xəbər verir ki, bu sözləri "Səbail"in ukraynalı qapıçısı Aleksandr Rıbka ölkəsinin mətbuatına açıqlamasında deyib.

O, Azərbaycanda koronavirusla bağlı vəziyyətin Ukrayndakı kimi olduğunu bildirib: "Bizə evdən çox çıxmamağı məsləhət görüblər. Vəziyyət demək olar ki, Ukrayna ilə eynidir. Bağlanacağı deyilsə də, hava limanları işləyir. Mağazalar, yanacaq doldurma məntəqələri və apteklər həmişəki rejimdə işləyir, ancaq kafe və restoranlar bağlanır.

Evdə oturmalısan, divana bağlı qalırsan. Düzdür, hamıda eyni vəziyyətdir, ümid edək ki, tez sona çatsın. Mən ailəmlə birlikdə evdə olmaq istəyirəm. Ancaq bunu necə edəcəyimi bilmirəm”.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI