Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda vətəndaşlar məhkəməyə maskasız buraxılmır? - AÇIQLAMA

18 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı Ağır Cinayətlər Məhkəməsində qoruyucu maskalardan istifadənin məcburi olması ilə bağlı məsələyə aydınlıq gətirilib. 

Məhkəmənin sədr müavini, hakim Əfqan Hacıyev açıqlamasında deyib ki, koronavirusa görə tibbi maskalardan istifadə məcburi deyil:

“Bununla bağlı hər hansı göstəriş verilməyib. Sadəcə, biz belə qərara gəlmişik ki, vətəndaşlara maskadan istifadə məsləhət görülsün. Yəni bu, yalnız tövsiyə xarakterlidir. Maska taxmayan şəxslər də prosesdə iştirak edə bilərlər”. 

Ə.Hacıyev onu da qeyd edib ki, məhkəmənin inzibati binasının girişində temperaturu ölçən cihaz da yerləşdirilib.

Oxu.az

Oxşar xəbərlər
OTACI