Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

AZAL çarter reyslə İtaliya və Türkiyədən 391 nəfəri ölkəyə gətirib

18 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) martın 18-nə keçən gecə Azərbaycan vətəndaşlarının qaytarılması üçün daha iki çarter reysi yerinə yetirib.

Press.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, AZAL aviaşirkəti İstanbul-Bakı reysi ilə 230 nəfər, Roma-Bakı reysi ilə 161 nəfər sərnişini vətənə gətirilib.

Xatırladaq ki, daha əvvəl Türkiyədən dörd çarter reysi ilə 868 nəfər Azərbaycan vətəndaşı gətirilib.

Azərbaycanın Milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək.

Oxşar xəbərlər
OTACI