Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu ölkədə səkkiz koronavirus peyvəndi hazırlandı

17 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Çində səkkiz koronavirus peyvəndi hazırlanıb.

TASS xəbər verir ki, artıq peyvəndlərin bir neçəsi heyvanlar üzərində tətbiq edilərək nəticə verib.

Bu barədə Çinin Tibb Elmləri Akademiyasının Laboratoriya Heyvanları Tədqiqatı İnstitutunun elmi tədqiqatçısı Çin Çuan brifinqdə bildirib.

“Hazırda Tibb Elmləri Akademiyası səkkiz peyvəndin effektiv təsirini qiymətləndirir. Onların bəzilərinin effektivliyini qiymətləndirmək üzərində işlər artıq uğurla başa çatıb. Testlər geni modifikasiya olunmuş siçan və makakada aparılır. Hazırda dərman istifadəsinin mümkün yan təsirlərinin və təhlükəsizliyinin qiymətləndirilməsi aparılır”, - deyə o bildirib. 

Ç.Çuanın sözlərinə görə, heyvanlar üzərində testlərin köməyi ilə alimlər pnevmoniyaya qarşı ən təsirli dərmanları təyin etməklə yanaşı, koronavirusun başqasına yoluxmasının əsas vasitələrini də müəyyənləşdirirlər.

Brifinqdə Çinin Təhsil Nazirliyinin Elm və Texnologiya Departamentinin direktoru Lei Çaoçzi isə qısa müddətdə ölkənin ali təhsil müəssisələri tərəfindən hazırlanmış peyvəndlərin klinik sınaqlarına başlanılacağını qeyd edib. 

Sınaqların başlayacağı tarix isə açıqlanmayıb.

Xatırladaq ki, fevralın 21-də Çin Elm və Texnologiya nazirinin müavini Syu Nanpin ölkədə aprel ayının sonundan tez olmayaraq koronavirus peyvəndinin klinik sınaqlarına başlanılacağını deyib.

Oxşar xəbərlər
OTACI