Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DİN əməkdaşları Bakıda və Şirvanda narkotiklərlə əlaqədar 5 nəfər saxlayıblar

17 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

DİN əməkdaşları Bakıda və Şirvanda narkotiklərlə əlaqədar 5 nəfər saxlayıblar

Press.Az
xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi (BNMİ) və Şirvan ŞPŞ əməkdaşlarının daxil olmuş məlumatlar əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakinləri E.Nuruşov və əvvəllər məhkum olunmuşlar – A.Şirəliyev, S.Hacıyev və T.Quliyev saxlanılıblar. Şəxsi axtarış zamanı A.Şirəliyevdən 1 kq-dan artıq heroin, S.Hacıyevdən 450 qram, E.Nuruşovdan 480 qram, T.Quliyevdən isə 430 qram marixuana aşkar edilib.


Bundan başqa, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Sabunçu dəmir yolu stansiyası ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Allahverdiyeva saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 470 qram marixuana götürülüb.

Faktlarla bağlı CM-nin 234-cü maddəsi ilə cinayət işləri başlanılıb.

Oxşar xəbərlər
OTACI