Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Avropa Olimpiya Təsnifat Turniri dayandırılır

17 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Böyük Britaniyanın paytaxtı Londonda keçirilən boks üzrə Avropa Olimpiya Təsnifat Turniri dayandırılacaq.

Press.az Azərbaycan Boks Federasiyasının saytına istinadən xəbər verir ki. bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsi (BOK) verib. Qurum martın 14-də start götürən yarışı may ayına qədər təxirə salıb.

Turnir yarışın 3-cü gününün ikinci sessiyasının döyüşləri başa çatdırıldıqdan sonra dayandırılacaq. Buna koronavirus pandemiyasının yayılma təhlükəsi səbəb olub. Bu səbəbdən də öncə martın 24-dək davam etməli olan turnirin azarkeşlərsiz keçirilməsi barədə qərar verilmişdi. Lakin sonradan BOK turniri dayandırmağı məqsədəuyğun sayıb. Həmçinin Amerika və dünya təsnifat turnirləri də təxirə salınıb: “İdmançıların, rəsmi şəxslərin və bütün digər iştirakçıların sağlamlığı BOK-un İşçi Qrupu (təsnifat turnirlərinin təşkili ilə məşğul olan qrup) üçün prioritetdir. Turnirə hazırlıqdan İşçi Qrup yarışın Təşkilat Komitəsi, həmçinin tibbi ekspertlər və milli səhiyyə orqanları ilə sıx əməkdaşlıq edib ki, zəruri təhlükəsizlik tədbirləri görülsün. İşçi Qrupu yekunda hərəkətin məhdudlaşdırılması və karantinin artması fonunda yarışı dayandırmağa qərar verib. Bu, 60-dan artıq ölkədən olan iştirakçılara öz planlarını korrektə etmək və evinə qayıtmaq imkanı vermək üçün atılıb”.

BOK-un bəyanatında bildirilir ki, Tokio-2020-yə lisenziyaların sahiblərini tapması yenə İşçi Qrupun səlahiyyətində olacaq: “İşçi Qrup Olimpiadaya qalan lisenziyaların may-iyunda bölüşdürülməsi üçün gündəlik olaraq vəziyyəti qiymətləndirəcək. Qrupun prioriteti idmançıların oyunlara vəsiqəni idman prinsipləri ilə qazanmasıdır. Biz bütün maraqlı tərəfləri informasiya olan kimi onunla təchiz edəcəyik. Həmçinin BOK 2020-ci il Olimpiya Oyunlarının Tokioda uğurla keçirilməsi ideyasına sadiqdir”.

Qeyd edək ki, Azərbaycan yığması yarışa 11 boksçu (8 kişi, 3 qadın) ilə qatılmışdı.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI