Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Uşaqlar koronavirusun gizli daşıyıcıları imiş

17 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koronavirusa yoluxan uşaqlarda COVID-19 simptomları özünü zəif şəkildə göstərir. Eyni zamanda, onların infeksiyanın gizli daşıyıcıları olduqları aşkarlanıb.

“MedicalXpress”in məlumatına görə, çinli alimlər müəyyən araşdırmalardan sonra belə qənaətə gəliblər.

Mütəxəssislər COVID-19 xəstələri ilə yaxın təması müəyyən edilən və ya yoluxma hallarının qeydə alındığı ailənin üzvü olan iki aylıqdan 15 yaşa qədər 745 uşaq haqqında məlumatı təhlil ediblər.

Yoxlamalardan sonra cəmi 10 uşağa (1,3 faiz) koronavirus diaqnozu qoyulub, lakin onların heç birində ciddi simptomlar görülməyib. Yeddi uşaqda temperatur 39 dərəcəni keçməyib.

Alimlər qeyd edirlər ki, bəzi hallarda uşaqlarda boğaz ağrısı, öskürək və burun tutulması olur, lakin yetkin xəstələrin əziyyət çəkdiyi əzələ və baş ağrısı müşahidə edilməyib. Döş qəfəsinin rentgeni uşaqların heç birində sətəlcəm əlamətləri göstərməyib.

Bununla belə, yoluxmuş uşaqların digər uşaqları əvvəl hesab edildiyindən daha uzun müddət sonra yoluxdura biləcəyi müəyyən edilib.

Burun və boğazdan götürülən yaxma analizləri koronavirusun olmadığını göstərsə də, xəstəxanadan buraxıldıqdan 13 gün sonra belə uşaqların nəcislərində virus müəyyən edilib. Bu da onların gizli şəkildə virus daşıyıcısı olduğunu sübut edir.

Oxşar xəbərlər
OTACI