Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Deputat Bakıya giriş-çıxışın bağlanması təklifinə qarşı çıxdı, həmkarını qınadı

17 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Milli Məclisin beşinci çağırışında bizi arxayın etdilər ki, Rəqabət Məcəlləsi hazırdır”.

Bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov deyib. 

O bildirib ki, Rəqabət Məcəlləsi altıncı çağırış parlamentin gündəliyinə salınmalıdır. 

“Rəqabət Məcəlləsi qəbul edilsə, sahibkarlıq daha da inkişaf edər. Ancaq görünür ki, bəzi məmurlar Rəqabət Məcəlləsinin qəbul edilməsinə qarşıdır”, - deyə V.Əhmədov bildirib. 

Deputat Azərbaycanda koronavirusla bağlı vəziyyətə də toxunub. 

“Deputat Fazil Mustafa təklif edir ki, Bakıya giriş-çıxış bağlansın. Bu nə deməkdir? Bakıya gündəlik kənd təsərrüfatı məhsulları bölgələrdən gəlir”, - deyə V.Əhmədov söyləyib. 

Oxu.az

Oxşar xəbərlər
OTACI