Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

AzTV koronavirusla bağlı süjetinin yanlış yozulmasına dair açıqlama yaydı

16 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Bütün dünyanı bürüyən koronavirus problemi fonunda xaricdəki bəzi soydaşlarımızın kiminsə məsuliyyətsiz paylaşımını və kontekstdən çıxararaq yerləşdirdiyi cümləni əsas götürərək AzTV-yə qarşı hücuma keçməsi əsla başadüşülən deyil. Özünü savadlı və xaricdə təhsil alan gənclər kimi təqdim edən həmin şəxslərin qaraguruh psixologiyası nümayiş etdirmələri daha da narahatlıq doğurur".

Press.az xəbər veirr ki, bu fikirlər “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin açıqlamasında yer alıb.

"Əvvəla, bu gün AzTV efirinin 80 faizini vətəndaşların virusla bağlı maariflənməsi və xüsusən də xaricdəki soydaşlarımızın ölkəyə qayıtması üçün haraya zəng etməsi üzərində qurub. Bunun üçün çoxsaylı materiallar, qrafikalar verilir, tokşoular təşkil edilir. Konkret bu məsələyə gəlincə, süjetdə qeyd olunur ki, xaricdəki soydaşlarımız daha çox öz ölkələrində qalsalar və yerli tibbi xidmətlərdən yararlansalar yaxşı olar. 

Çünki təcrübə də göstərir ki, virusa yoluxma halları xüsusən səfər prosesində baş verir. Bu fikri kontekstdən çıxarıb yük kimi təqdim etmək və AzTV-ni günahlandırmaq, sadəcə olaraq, savadsızlıq və məsuliyyətsizlikdir. Bu gün hər birimizin bir düşməni var, o da koronavirusdur. 

Başqa düşmən axtarmaq və ya hansısa qurumu nədəsə ittiham etmək və bu işə dəstək vermək bir daha qeyd edirik ki, savadsızlıqdır. Kim məsələyə həqiqətən obyektiv və ədalətli yanaşmaq istəyirsə xahiş edirik materiala bir də baxsın" - deyə, açıqlamada qeyd olunub. 

Oxşar xəbərlər
OTACI