Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Koronavirusa görə bu günə qədər 4 200-ə qədər müayinə aparılıb" - Ramin Bayramlı

16 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Biz gün ərzində 5 mindən çox insanı sürətlə və yüksək dəqiqliklə test etmək imkanına malikik”. 

Press.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında koronavirusla bağlı mübarizə sahəsində görülən işlər, mövcud vəziyyət barədə məlumat verərkən bildirib.

Onun sözlərinə görə, bu günə qədər 4 200-ə qədər müayinə aparılıb. TƏBİB-in İdarə Heyətinin sədri həmçinin bildirib ki, Azərbaycan koronavirusla mübarizə aparmaq üçün kifayət qədər dərman və tibbi ləvazimat ehtiyatlarına malikdir.

Oxşar xəbərlər
OTACI