logo
First slide

Macarıstandan Azərbaycana təyyarə reysi təxirə salındı, həmvətənlərimiz çətin vəziyyətlə üzləşdi - FOTO

16 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Macarıstandan Azərbaycana təyyarə reysi gözlənilmədən təxirə salınıb.

Press.az Report-a istinadən xəbər verir ki, yerli vaxtla saat 23:45-də Bakıya W6 2499 reysi ilə uçuş planlaşdırılıb. Amma uçuşa 3 saat qalmış reys təxirə salınıb.

Nəticədə 50 nəfərə yaxın azərbaycanlı vətənə dönə bilməyib. Onlar bir sıra ciddi çətinliklərlə üzləşiblər. Azərbaycanın Macarıstandakı səfirliyinin Emil adlı əməkdaşı hava limanına gəlib.

Məlum olub ki, aviaşirkət yalnız biletlərin pullarını geri qaytarır.

Hazırda Avropada qalan azərbaycanlıların aqibəti bəlli deyil.

 

Oxşar xəbərlər