Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Fransadakı Azərbaycan vətəndaşlarına səfirliklərdən müraciət

15 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın Fransadakı səfirliyi də bu ölkədə olan həmyerlilərimizə müraciət edib.

Bu barədə məlumat səfirliyin “Tvitter” hesabında yer alıb

Qeyd olunub ki, hazırda koronavirusun (COVID-19) dünyanın müxtəlif regionlarında, xüsusən Avropada sürətlə yayılması müşahidə edilir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) epidemiyanın pandemiya mərhələsinə keçdiyini elan edib:

“COVID-19 virusundan effektiv qorunmaq və yoluxma riskini minimuma endirmək üçün ÜST, eləcə də Azərbaycan və Fransa dövlət orqanları tərəfindən yayılan maarifləndirici məlumatların diqqətlə izlənilməsi, verilən tövsiyyələrə əməl edilməsini xahiş edirik.

Hazırda Fransada olan və vətənə qayıtmaq istəyən vətəndaşlarımızdan mövcud vəziyyətdən irəli gələn məsələlərinin, habelə qarşılaşdığı problemlərin təxirəsalınmaz və operativ həllinə kömək etmək məqsədilə Səfirliyin konsulluq bölməsinə telefon (+33 (0) 1 44 18 60 23), e-mail ([email protected]) və ya poçt vasitəsi ilə (78, avenue d'Iéna Paris 75116) məlumat vermələri xahiş olunur”, - məlumatda deyilir.

Oxşar xəbərlər
OTACI