Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Müslüm Maqomayevin heykəli Dənizkənarı Milli Parkda ucaldılacaq

13 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Görkəmli bəstəkar Müslüm Maqomayevin heykəlini hazırlamaq mənə tapşırılıb".

Press.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Xalq rəssamı, heykəltəraş Ömər Eldarov deyib.

Onun sözlərinə görə, M. Maqomayevin abidəsi Dənizkənarı Milli Park ərazisində ucaldılacaq:

"Mənə heykəlin nə zamana bitirməli olduğum barədə hələ bir söz deyilməyib. Amma tuncdan töküləcəyi barədə məlumatım var. Heykəlin hündürlüyü 2,5 metr olacaq".

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.

Oxşar xəbərlər
OTACI