Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"İtaliyada bu faullara görə iki penalti qazanardıq" - Sarri

27 Feb 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Bilmirəm niyə, amma oyunçulara sürətli hərəkətin önəmli olduğunu başa sala bilmirəm. Bu, çox önəmli məsələdir. Bunun üzərində durmağa davam edəcəyik, tez və ya gecə bu, başlarına girəcək.  Məşqlərdə bundan iki dəfə yaxşı sürətlə oynayırıq. Son vaxtlar meydanda məşqdə çalışdıqlarımızın əksini edirik”.

Press.az xəbər verir ki, bu sözləri "Yuventus"un baş məşqçisi Maurisio Sarri Çempionlar Liqasının 1/8 finalında "Lion"a 0:1 hesabı ilə uduzduqları ilk oyundan sonra deyib.

"Birinci hissədə topla yavaş hərəkət edirdik. İkinci hissədə isə yaxşı oynadıq. Amma Çempionlar Liqası üçün bir yaxşı hissə bəs etmir. Hücumda aqressivlik və qətiyyətlilik yox idi" - deyə o bildirib.

M.Sarri futbolçuları Ronaldo və Dibalaya edilən faullara da münasibət bildirib: "İtaliyada Ronaldo və Dibalaya edilən faullara görə rəqibimizin qapısına iki penalti təyin edərdilər. Amma Avropada belə düşünürmürlər. Bu duruma uyğunlaşmağa məcburuq".

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI