Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

BNA koronavirusa qarşı mübarizə tədbirlərini davam etdirir

27 Feb 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı Nəqliyyat Agentliyi koronavirusa qarşı mübarizə tədbirlərini davam etdirir.

Bu barədə Press.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

O bildirib ki, kəskin respirator infeksion xəstəliklərin yayılmasına qarşı qabaqlayıcı tədbirlərə hələ havalar soyumağa başlayanda start verilib: "Oktyabr-noyabr aylarından Bakı Nəqliyyat Agentliyi Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya işləri aparır. İşlər hər həftənin şənbə günü gecə saatlarına olur. Burda da əsas məqsəd sərnişinləri narahat etməməkdir. Perronlar, gözləmə zalları və park ərazisi xüsusi dərman məhlullarından istifadə olunmaqla dezinfeksiya edilir. Avtobuslara gəlincə bildirim ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən gündəlik olaraq avtobuslar xətdən qayıtdıqdan sonra istehsalat bazasında təmizlənməlidir. Həmçinin, hər bir daşıyıcı mütləq şəkildə iki aydan bir avtobusların ümumi dezinfeksiyasını təşkil etməlidir. Əgər müvafiq səhiyyə qurumunun tövsiyəsi olarsa bu halda həm avtobuslarda həm də Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində əlavə dezinfeksiya işləri görülə bilər".

Oxşar xəbərlər
OTACI