Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Koronavirusa yoluxan şəxs Azərbaycandan Gürcüstan sərhədinə nə ilə gedib? - RƏSMİ

27 Feb 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gürcüstan vətəndaşı dünən Azərbaycandan keçməklə İrandan ölkəyə qayıdıb.

Bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.

Press.az xəbər verir ki, məsələ ilə əlaqədar TƏBİB-dən Baku.ws-ə bildirilib ki, həmin şəxs Gürcüstanda sərhədini keçib. Onda koronavirus aşkarlanıb və həmin şəxsi Gürcüstanda xəstəxanaya yerləşdiriblər.

Həmin şəxsin hansı nəqliyyat vasitəsilə Azərbaycana gəldiyini dəqiqləşdirmək üçün Dövlət Avtomobil Nəqliyyatı Xidmətilə əlaqə saxladıq.

Qurumun sektor müdiri Nuridə Allahyarova Baku.ws-ə bildirib ki, həmin şəxs İrana məxsus mikroavtobusla gəlib.

“Azərbaycanda düşüb, Gürcüstana getməyib. O, birbaşa İrandan gəldiyi mikroavtobusla Azərbaycan-Gürcüstan sərhədində tutulub.

Həmin avtobus bizə məxsus olmayıb və övlət Avtomobil Nəqliyyatı Xidmətinin qanuni xətt avtobusu olmayıb və bizimlə heç bir müqaviləsi olmayıb.

Həmin avtobus heç bir qanuni müntəzəm daşımaya məxsus olmayıb”, - deyə Nuridə Allahyarova bildirib.

Qeyd edək ki, xəstəliyə yoluxan Gürcüstan vətəndaşı dünən Azərbaycandan keçməklə İrandan ölkəyə qayıdıb.

Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Məkrəzinin direktoru Amiran Qamkrelidze isə bildirib ki, xəstəliyə yoluxan şəxs vətəninə marşrut taksisində qayıdıb. Onun 50 yaşı var. Həmin şəxsin adı açıqlanmasa da, Marneulidə yaşadığı bildirilib.

Qamkrelidze həmin şəxsin Gürcüstan ərazisinə girdiyini də söyləyib: “Azərbaycan-Gürcüstan sərhədində onda xəstəliyin simptomları aşkar edilən kimi təcili yardımla xəstəxanaya çatdırılıb”.

Onun sözlərinə görə, həmin şəxslə bir yerdə gələn şəxslərin bir neçəsi artıq Azərbaycanda xəstəxanaya yerləşdiriliblər.

Oxşar xəbərlər
OTACI