Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Fəryad" filmi jest dilində nümayiş olundu - FOTOLAR - VİDEO

26 Feb 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Nizami Kino Mərkızində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Press.az xəbər verir ki, Araxçın MMC və Silent Communication komandası ənənəsinə sadiq qalaraq növbəti dəfə jest dilində film nümayiş etdirib.

Ötən il Elnarə Xəlilova ilə birgə ərsəyə gətirdikləri "Xocalıya ədalət" klipini təqdim edən komanda heyəti bu il Ceyhun Mirzəyevin rejissorluğu və canlandırdığı İsmayıl rolu ilə soyqırım dəhşətinin işıqlandırılmasında mühüm rol oynayan "Fəryad" filminin jest dilində tərcüməsini nümayiş etdi.

Təqdimatı açıq elan edən aparıcı Samir Bayramlı və Silent Communication komandasının təlimçi və tərcüməçisi Könül Quliyeva Xocalı Soyqırımı barədə qısa məlumat verdilər. Daha sonra ötən il Elnarə Xəlilova ilə birgə ərsəyə gətirdikləri “Xocalıya Ədalət” klipi nümayiş etdirildi.

Tədbirin davamında isə Azərbaycan Respublikasının Xalq artisti Hacı İsmayılov, müğənni Elnarə Xəlilova və Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse prezidenti Hacı Quliyev öz təəssüratlarını bölüşmək üçün səhnəyə dəvət olunbular. Tədbir boyu bütün danışıqları Silent Communicatin komandasının rəhbəri Şamil Sabirzadə jest dilinə tərcümə etdi.

 

Oxşar xəbərlər
OTACI