Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Pensiyaçılar üçün bu xidmət pulsuz oldu

26 Feb 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Artıq bütün pensiyaçılar pensiya kartları üzrə daxilolmalar barədə məlumatları pulsuz əldə etmək üçün "SMS xəbərdarlıq" xidmətindən faydalana bilərlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Press.az-a deyib ki, pensiya hesablarının mövcud oduğu Kapital Bank və Azərbaycan Beynəlxalq Bankı tərəfindən bu xidmət pensiyaçılar üçün pulsuz olaraq təklif olunur:

"Ona görə də hər bir pensiyaçı həmin xidmətə qoşulmaqla, pensiyaları hesablarına köçürülən anda bu barədə "SMS xəbərdarlıq" formasında məlumat əldə edə bilər".

Oxşar xəbərlər
OTACI