Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nəsimi rayonunda taksi sürücüsünü qarət edən şəxs tutulub

26 Feb 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Nəsimi rayonunda taksi sürücüsünü qarət edən şəxs tutulub

Press.Az xəbər verir ki, Nəsimi RPİ 22-ci polis şöbəsinə müraciət edən Abşeron rayon sakini R.Əliyev, fevralın 24-də Azadlıq prospektində “VAZ-21012” markalı avtomobilinə sərnişin qismində oturmuş bir nəfərin, ona zor tətbiq edib pulunu və mobil telefonunu aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini E.Əliyev saxlanılıb.

Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

Oxşar xəbərlər
OTACI