Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İranın Səhiyyə naziri əhaliyə xəbərdarlıq etdi: Evlərinizdən çölə çıxmayın

25 Feb 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İranın Səhiyyə naziri Kianuş Cahanpur əhalini evlərindən çölə çıxmamağa səsləyib.

Eadaily.com-un məlumatına görə, nazir bu barədə yerli televizayada çıxış edib.

“İnsanların evdə qalması daha təhlükəsiz olacaq. Son 24 saatda 34 virusa yoluxma halı qeyd edilib. Onların 16-sı Qum şəhərindədir”, - deyə Cahanpur bildirib.

İranın Çindən kənarda koronavirusa yoluxma halının ən çox baş verdiyi ölkə olduğu qeyd edilir.

Xatırladaq ki, İranda koronavirusdan ölənlərin sayı 16 nəfərə çatıb. 95 nəfər isə bu virusa yoluxub.

Oxşar xəbərlər
OTACI