logo
First slide

Mehman Hüseynovun müraciəti qismən təmin edildi

25 Feb 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizəd Mehman Hüseynovun müraciətinə baxılıb.

Press.az-ın xəbərinə görə, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü həmin dairə üzrə seçki məntəqələrində qanun pozuntularının olduğunu iddia edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı yalnız 13 və 26 saylı seçki məntəqələrində qanun pozuntusu aşkar edilib”.

İclasda daha sonra həmin dairənin 2 seçki (13 və 26 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Oxşar xəbərlər