Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Daha 10 məntəqədə seçkilərin nəticələri ləğv edilib

25 Feb 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 19 saylı Nərimanov birinci seçki dairəsi ilə bağlı daxil olan şikayətə baxılıb.

Press.az-ın məlumatına görə, həmin dairədən daxil olan müraciətdə seçki günü qanun pozuntularına yol verildiyi bildirilib.

MSK üzvü İlham Məmmədov bildirib ki, komissiya tərəfindən aparılan geniş araşdırma zamanı iddia edilən pozuntular yalnız 1, 2, 4, 13, 19, 21, 22, 29, 30 və 34 saylı seçki məntəqələri öz əksini tapıb. İ.Məmmədov həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Oxşar xəbərlər
OTACI