Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

MSK daha 2 məntəqənin nəticələrini etibarsız saydı

25 Feb 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən namizəd Nurlan Abbaszadə və digərlərinin müraciətinə baxılıb.

Press.az-ın xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü Tofiq Həsənov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia edib:

“Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı yalnız 2 seçki məntəqəsində qanun pozuntusu aşkar edilib”.

İclasda daha sonra həmin dairənin 2 seçki (4 və 6 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Oxşar xəbərlər
OTACI