Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Güclü külək Gəncədə fəsadlar törətdi - FOTO

25 Feb 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gəncə şəhərində bu gün günorta saatlarında T.Arani küçəsində güclü küləyin təsirindən 7 saylı yaşayış binasının dam örtüyü uçub.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, bu zaman binanın qarşısından keçən diametri 100 mm olan qaz xətti yararsız hala düşüb.

Hazırda binanın 10 abonentinin təhlükəsizlik baxımından qaz təchizatı dayandırılıb.

Samux rayonunun Zazalı kəndində isə güclü külək qaz xəttini yerindən oynadıb və nəticədə 5 abonentin qaz sayğacına ziyan dəyib.

Təhlükəsizlik tədbiri olaraq, dərhal həmin evlərin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Bərpa işlərinə başlanılıb.

 

Oxşar xəbərlər
OTACI