Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Narkotiklərin qanunsuz döriyyəsi ilə əlaqədar 3 nəfər saxlanılıb

25 Feb 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Narkotiklərin qanunsuz döriyyəsi ilə əlaqədar 3 nəfər saxlanılıb

Press.Az
xəbər verir ki, Cəlilabad RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini S.Gülməmmədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 2 kq. 150 qram tiryək və 555 qram heroin aşkar edilib. 

Bundan başqa, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz döriyyəsində şübhəli bilinən Qəriblər kənd sakini, əvvəllər məhkum olunmuş E.Ağayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 395 qram marixuana götürülüb.

Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş R.Quliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 445 qram marixuana götürülüb.

Faktlarla bağlı CM-nin 234-cü maddəsi ilə cinayət işləri başlanılıb.

Oxşar xəbərlər
OTACI