logo
First slide

Mağazalardan dəfələrlə oğurluqlar edən şəxs saxlanıldı

25 Feb 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif vaxtlarda mağazalardan oğurluqlar etməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də eyni əmələ görə altı il həbs olunmuş Aydın Məhərrəmov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Press.az-a verilən məlumata görə, dindirilmə zamanı həmin şəxs törətdiyi cinayəti etiraf edərək, dəfələrlə mağazalardan oğurluqlar etdiyini bildirib.

Saxlanılan şəxs məsuliyyətə cəlb olunub. Onun digər cinayət hadisələrinin iştirakçısı olub-olmaması araşdırılır.

Oxşar xəbərlər