Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Seminarın ikinci mərhələsinə start verilib - FOTOLAR

25 Feb 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Müyəssərliyin təmin olunması üzrə ekspertlərin hazırlanması ilə əlaqədar nəzəri seminarın ikinci mərhələsinə start verilib.

06 sentyabr 2019-cu il tarixində Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi, “Ərazilərin ekoloji-sosial və innovativ inkişafına dəstək Milli mərkəzi” və Beynəlxalq Texniki Sertifikatlaşma ekspert mərkəzi arasında gələcək əməkdaşlıq barədə üçtərəfli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən 03-08 oktyabr 2019-cu il tarixləri ərzində Rusiya Federasiyasının “Ərazilərin ekoloji-sosial və innovativ inkişafına dəstək milli mərkəzi”-nin və Beynəlxalq Texniki Sertifikatlaşma ekspert mərkəzinin əməkdaşları tərəfindən müyəssərliyin təmin olunması üzrə ekspertlərin hazırlanması ilə əlaqədar nəzəri seminarın birinci mərhələsi keçirilmişdir. 24-27 fevral 2020-ci il tarixlərində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin əməkdaşlarının iştirak edəcəkləri ikinci nəzəri seminara start verilib.

İmzalanmış müqaviləyə əsasən seminarın üçüncü mərhələsi Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində baş tutacaq və orada keçiriləcək imtahanlardan müvəffəqiyətlə keçən iştirakçılar beynəlxalq sertifikatla təmin olunacaqlar.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI