Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Prezident İlham Əliyev: “Ermənistan regionda destruktiv siyasət yürüdür”

22 Feb 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Vatikanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşü zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilib.

Press.az xəbər verir ki, Prezident İlham Əliyev münaqişə ilə bağlı ölkəmizin mövqeyini bir daha diqqətə çatdırıb, Ermənistanın regionda destruktiv siyasət yürütdüyünü bildirib.

Dövlət başçısı hazırda Ermənistan tərəfindən danışıqlar prosesinə xələl gətirən ziddiyyətli açıqlamaların verildiyini deyib və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə, Helsinki Yekun Aktına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğulayıb. 

Oxşar xəbərlər
OTACI