Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hacıqabul ikinci dəfə silkələndi - YENİLƏNİB

22 Feb 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hacıqabulda ikinci dəfə yeraltı təkanlar qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Press.az-a verilən məlumata görə, yerli vaxtla saat 08:22-də Qobustan stansiyasından 32 km cənub-qərbdə Hacıqabul ərazisində zəlzələ olub.

Yeraltı təkan 3,4 maqnitudada və 4 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələ hiss olunmayıb.

***08:10

Yerli vaxtla saat 07:05-də Qobustan stansiyasından 32 kilometr cənub-qərbdə Şamaxı ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə “Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər verir.

Qeyd edilir ki, zəlzələ 3,3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 4 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar hiss olunmayıb. 

Oxşar xəbərlər
OTACI