Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda qaçırılan «Toyota» Göyçayda saxlanılıb

21 Feb 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda qaçırılan «Toyota» Göyçayda saxlanılıb

Press.Az xəbər verir ki, Nəsimi RPİ 19-cu polis şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Məmmədxanlı, fevralın 18-də R.Məmmədov küçəsindən “Toyota Prado” markalı avtomaşının qaçırıldığını bildirib. 

DİN Təhlükəsiz Şəhər Xidməti, Nəsimi RPİ 19-cu polis şöbəsi və Göyçay RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçıran Göyçay rayon sakini H.İsmayılov rayon ərazisində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Oxşar xəbərlər
OTACI