Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İran İslam Respublikasının tanınmış dirijoru Bərdia Kiyarəs Akademik Musiqili Teatrda…

21 Feb 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Novruz Bayramı günlərində – mart ayının 20-21-i, eləcə də 23-24-də saat 19:00-da dahi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun", 22-25 mart tarixlərində saat 19:00-da isə "Arşın mal alan" musiqili komediyaları göstəriləcək.

Press.az-ın məlumatına görə, bu dəfə nümayiş olunacaq tamaşaların özəlliyi ondadır ki, Avropada məşhur dirijor kimi tanınan, dünyaşöhrətli Daniel Barenboymun rəhbərlik etdiyi orkestrdə çalışan İran İslam Respublikasının görkəmli sənətçisi Bərdia Kiyarəs həmin tamaşalara dirijorluq edəcək. O, hələ 2 il öncə – 2017-ci ildə Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində də Akademik Musiqili Teatrın səhnəsində çıxış edib, tamaşaçılar tərəfindən sevgi və alqışlarla qarşılanıb. Elə o vaxtlardan uğurlu çıxışı ilə yaddaşlarda qalmağı bacaran ünlü dirijor Bərdia Kiyarəs iki ölkə arasında mədəni əlaqələrin inkişafına təkan verən belə müştərək layihələrin davamlı şəkildə həyata keçirilməsinə, ümumiyyətlə, yaradılan şəraitə görə zəhməti olan hər kəsə təşəkkürünü bildirib.

Akademik Musiqili Teatrın mətbuat xidmətindən verilən məlumata görə B.Kiyarəsin idarə edəcəyi tamaşalarda Ərdəbilin sevilən müğənnisi Ayxan da iştirak edəcək.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN Xidmət” mərkəzlərindən və “iticket.az” saytından əldə etmək olar!

Oxşar xəbərlər
OTACI