Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Cəlilabadda üç kiloqramlıq turp yetişdi - VİDEO

21 Feb 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Cəlilabad rayonunda fərdi təsərrüfatda digər turplardan dəfələrlə böyük turp yetişib.

Maraqlı hadisə rayonun Uzuntəpə kənd sakini Natiq Mirzəyevin təsərrüfatında baş verib. 

O, bir müddət əvvəl bazardan adi turp toxumları alaraq, həyətyanı sahəsində əkib. El arasında “40 günlük” turp növü kimi tanınan bu tərəvəzin yığım vaxtı təsərrüfat sahibi gördüklərinə çox təəccüblənib. Bunun ardınca əkdiyi tərəvəzlərə diqqət yetirdikdə, N.Mirzəyev onlar arasında daha bir neçə iri turpun olduğunu görüb. 

Tərəvəzin becərildiyi ərazi münbit olduğu üçün onlara hər hansı gübrə verilməyib. İri turpun çəkisi 3 kq 200 qram, diametri isə 38 sm-dir. 

Təsərrüfatında ilk dəfə belə bir qeyri-adi hadisə ilə qarşılaşdığını deyən N.Mirzəyev hələlik yığmadığı digər iri turplardan toxum götürməklə gələcəkdə onları daha da çoxaltmağı düşünür.

Baku.TV

Oxşar xəbərlər
OTACI