Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Neftçalada daha iki yüksək vəzifəli şəxs tutuldu

21 Feb 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Neftçala rayonunda daha iki yüksək vəzifəli şəxsi saxlayıb.

Press.az Unikal.org-a istinadla xəbər verir ki, saxlanılan şəxslər arasında Neftçala Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Əkbərov Vurğun Nizami oğlu və Neftçala Rayon Təhsil Şöbəsinin müdiri Kərimov Əjdər Abasət oğlu da var.

Qeyd edək ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevi rüşvət alarkən saxlaması barədə məlumat yayılıb.

Oxşar xəbərlər
OTACI