Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

TƏBİB-in sədri: “Sahə həkimi” anlayışı “ailə həkimi” anlayışı ilə əvəz ediləcək

21 Feb 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Sahə həkimi” anlayışı “ailə həkimi” anlayışı ilə əvəz ediləcək və ölkədə yaşayan hər bir ailə üçün əlçatanlıq təmin ediləcək.

Press.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi ilkin səhiyyə xidmətlərinin ən yüksək səviyyədə olmasını tələb edir.

R.Bayramlı qeyd edib ki, TƏBİB-in strukturunda Ailə həkimliyi, ana və uşaq sağlamlığının təşkili şöbəsi yaradılıb ki, bu da bilavasitə ilkin səhiyyə xidmətlərinin təkmilləşməsi və yüksək pilləyə çatmasını təmin edəcək:

"Bu sahədə beynəlxalq təcrübənin öyrənilib tətbiq edilməsi işləri sürətləndirilib. “Ailə həkimi institutu” anlayışını ölkəmizdə daha yüksək mərhələyə çatdırmaq üçün Dünya Bankı, Ümumdünya Səhiyyə Təşkilatı və s. kimi müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir və layihələr işlənib hazırlanır. Hətta ailə həkimliyi ixtisası üzrə xüsusi təlim mərkəzləri yaradılacaq və mövcud sahə həkimləri ailə həkimi kimi tam formalaşdırılacaq".

Oxşar xəbərlər
OTACI