Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

MSK daha 4 məntəqənin nəticəsini etibarsız saydı

20 Feb 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizəd Toğrul Vəliyevin müraciətinə baxılıb.

Press.az-ın xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü hüquqlarının pozulmasını qeyd edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb. Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Araşdırma zamanı 4 seçki məntəqəsi istisna olmaqla, digərlərində qanun pozuntusu aşkarlanmayıb”.

İclasda həmin dairənin 4 seçki ( 14, 17, 23 və 25 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Oxşar xəbərlər
OTACI