Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Binəqədidə evlərdən oğurluq edən şəxslər saxlanılıb

20 Feb 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Binəqədidə evlərdən oğurluq edən şəxslər saxlanılıb

Press.Az xəbər verir ki, Binəqədi RPİ 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 18-də rayon ərazisindəki evdən 100 manat, 560 dollar və qızıl-zinət əşyaları oğurlayan Bakı şəhər sakini Y.Niftəliyev saxlanılıb.

Bundan başqa, Binəqədi RPİ 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 6 evdən su sayğaclarını oğurlayan Bakı şəhər sakini Ü.Ağazadə saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

 

Oxşar xəbərlər
OTACI