Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda 3 yaşlı uşağı oğurlayan qadın məhkəmə qarşısında - FOTO

20 Feb 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı Ağır Cinayətlər Məhkəməsində Masallı rayon sakini Tərgül Nəzərovanın (1980-ci il təv.) CM-nin 144.3-cü (adam oğurluğu, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.

Press.Az xəbər verir ki, ötən il iyunun 4-də Sabunçu qəsəbə sakini Zəhra Bağırzadə (2015-ci il təv.) itkin düşməsi ilə əlaqədar Sabunçu RPİ 12-ci polis şöbəsinə məlumat daxil olub. Araşdırma aparan polis əməkdaşlarına məlum olub ki, həmin gün valideynləri Zəhranı evin böyük övladının yanında qoyaraq iş yerinə gediblər. Günorta saatlarında nəzarətsiz qalan azyaşlı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 6-da 3 yaşlı uşaq Nizami rayonu ərazisində tapılıb və onu oğurlamaqda şübhəli bilinən Tərgül Nəzərova saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində yaxın günlərdə cinayət işi üzrə hazırlıq iclası keçiriləcək.

Oxşar xəbərlər
OTACI