Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Maradona oyun zamanı narkotika qəbul etdi? - Video

19 Feb 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Ximnasiya və Esqrima"nın baş məşqçisi Dieqo Maradona Argentina çempionatının 20-ci turunda "Rosario Sentral" ilə oyun zamanı şübhəli hərəkəti ilə diqqət çəkib.

Press.az xəbər verir ki, oyun vaxtı köməkçilərindən biri ona naməlum maddə gətirib. Daha sonra Maradonanın digər köməkçiləri kamera qarşısına keçərək Maradonanın nə etdiyini gizlədiblər.

Baş verənlərin bu cür gizlədilməsi Maradonanın narkotik maddə qəbul etməsi gümanını yaradır. Çünki əfsanəvi futbolçu narkotika aludəçisi olduğunu dəfələrlə etiraf edib.

Qeyd edək ki, sözügedən oyun Maradonanın komandasının məğlubiyyəti ilə başa çatıb – 0:1.

 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI