Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

kamandan oxatma idman növü üzrə milli komandamız ciddi sınaq qarşısında

19 Feb 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin kamandan oxatma idman növü üzrə milli komandası 5 nəfərlik heyətlə baş məşqçi İlqar Abbasovun rəhbərliyi ilə 16 – 22 fevral 2020- ci il tarixlərində BƏƏ-nin Dubay şəhərində keçirilən 6-cı Fazza Dünya reytinq turnirində iştirak edir.

Yarışın 2-ci gününün nəticələrini diqqətinizə çatdırıq:

Kişilər arasında keçirilən RECUVE (70 m) kateqoriyasında Cahan Musayev yarışın ikinci günündə 1/16 finalda Ukrayna təmsilçisini 6- 0, daha sonra 1/8 finalda Malaziya təmsilçisini 7-1 hesabıyla məğlub edərək 1/4 finala vəsiqə qazanıb. 1/4 finalda Türkiyə təmsilçisinə məğlub olan Cahan Musayev mübarizəni dayandırıb.

Digər idmançılarımız Zinyət Vəliyeva RECUVE (70 m), Vüsal Kazımov COMPOUND (50 m) kateqoriyasında təəssüflər olsun ki, yarışın ilk mərhələsində rəqiblərinə məğlub olaraq mübarizəni dayandırıblar.

Məlumat üçün bildirik ki, 20 fevral 2020- ci il tarixində idmançılarımız Cahan Musayev və Zinyət Vəliyeva RECUVE OPEN MIX TEAM kateqoriyasında iştirak edəcəklər.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI