Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

MSK Mingəçevir seçki dairəsi üzrə 3 məntəqədə səsvermənin nəticələrini ləğv etdi

19 Feb 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Mərkəzi Seçki Komissiyası (MSK) 47 saylı Mingəçevir Şəhər Seçki Dairəsi ilə bağlı bir neçə məntəqədə seçkinin nəticələrini ləğv edib.

Press.az-ın məlumatına görə, MSK üzvü Baxşeyiş Əsgərov bildirib ki, Mingəçevir Seçki Dairəsi üzrə daxil olan müraciətdə bir sıra seçki məntəqələrində pozuntuların olduğu qeyd olunub və səsvermənin nəticələrinin ləğv edilməsi xahiş edilib.

B.Əsgərov bildirib ki, araşdırma zamanı 9, 17 və 21 saylı seçki məntəqələrində seçicilərin iradəsinə təsir edəcək hallar aşkar edilib.

O, həmin seçki məntəqələrində səsvermənin nəticəsinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Oxşar xəbərlər
OTACI