Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nailə Mirməmmədliyə BDU-da vəzifə verildi

19 Feb 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının qərarı ilə yeni yaradılan Mədəniyyət-yaradıcılıq Mərkəzinə Azərbaycanın tanınmış bəstəkarı, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli direktor təyin olunub.

Universitetdən verilən məlumata görə, Mərkəz tələbələrin sosial fəallığının artırılması, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi məqsədilə yaradılıb. 

Eyni zamanda, mədəni-kütləvi tədbirlərdə iştirakı təmin etmək üçün yaradılan Mərkəzin bazasında qızlardan və oğlanlardan ibarət İnstrumental və Rəqs ansamblı, eyni zamanda, ölkə festivallarında, milli bayramlarda, respublikadan kənarda keçirilən tədbirlərə qatılmaq üçün universitet tələbələrindən ibarət qrupların təşkili işinin həyata keçirilməsi nəzərdə tutulub.

Mərkəz ölkələrarası mədəni münasibətlərin genişlənməsinə, Azərbaycanın zəngin mədəniyyətinin təbliği istiqamətində kütləvi tədbirlərin keçirilməsində mühüm işləri həyata keçirmək məqsədilə fəaliyyətə göstərəcək.

Oxşar xəbərlər
OTACI