Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda baldızını öldürüb, arvadını yaralayan şəxs 19 il cəza alıb - FOTO

19 Feb 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayon sakini Samiq Quliyevin (1981-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Press.Az xəbər verir ki, ötən il avqustun 2-də Binəqədi şossesi, döngə 4 ünvanında Samiq Quliyev həyat yoldaşı, 

Ruhəngiz Mahmudovaya (1989-cu il təv.) 14, sonra isə baldızı Roza Mahmudovaya (1987-ci il təv.) 5 bıçaq zərbəsi vuraraq, hadisə yerindən qaçıb.

Ağır yaralanan qadınlar Kliniki Tibbi Mərkəzə çatdırılaraq, üzərlərində cərrahi əməliyyat aparılıb. Bir müddət aparılan müalicəyə baxmayaraq Roza Mahmudova xəstəxanada ölüb, Ruhəngiz Mahmudovanın həyatı isə xilas edilib.

Binəqədi RPİ və 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Samiq Quliyev tutulub və törətdiyi cinayət əməlini etiraf edib. 

Araşdırma zamanı məlum olub ki, Ruhəngiz Mahmudova Samiq Quliyevə boşanmaq istədiyini bilidirib. Bundan hiddətlənən şəxs arvadı ilə mübahisə etməyə başlayıb və məişət təyinatlı bıçaqla ona zərbələr vurub. Bunu görən Roza Mahmudova bacısına kömək etmək istədikdə, ona da xəsarətlər yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Oxşar xəbərlər
OTACI