Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Səfər Mehdiyev: “Zərgərlik sahəsində ciddi problemlər var”

18 Feb 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Zərgərlik sahəsində problemlərin nə qədər ciddi olduğunu bilirik. Bu sahədə idxal, yerli istehsal, ixrac əməliyyatlarımızda potensial yüksək olduğu halda biz öz fəaliyyətimizi təşkil edə bilmirik”. 

Press.Az-ın məlumatına görə, bunu “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” mövzusunda sahibkarlarla görüşündə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bildirib. 

O qeyd edib ki, kölgə iqtisadiyyatı ilə mübarizəni vahid komanda şəklində aparsaq, leqal fəaliyyət göstərən sahibkarların gələcək inkişafı qaçılmazdır:

“Qanunsuz fəaliyyətlə məşğul olan yerli və idxalçıların bazarlarının yaradılması bizim üçün qaçılmazdır. Rəqəmlərə və statistik göstəricilərə nəzər salsaq, görürük ki, bu sahədə vəziyyət ürəkaçan deyil. 

Bu tədbir Prezident İlham Əliyevin Vergi Xidməti və DGK qarşısında qoyduğu kölgə iqtisadiyyatı ilə bağlı mübarizənin əsas prioritetlərindən biri kimi sayıla bilər. Bu sahədə böyük vergilərin qoyulması, tariflərin tətbiq olunması, idxal, ixrac əməliyyatlarında verginin yuxarı qaldırılması ilə bunu tənzimləmək mümkün deyil.

Bunun yolu gələcəyə yönəlmiş təkliflərin dəyərləndirilərək sektorun inkişafına səbəb olmaq, qaçaqmalçılığa qarşı birgə mübarizə aparmaqdır. Sahibkarlara münbit şəraitin yaradılması da təmin edilməlidir. Dövlət və özəl sektor bu sahədə birgə tədbir görməzsə, hansı verginin azaldılmasından və artırılmasından asılı olmayaraq, bu bazarın inkişaf etdirilməsi mümkün deyil”. 

DGK sədri qeyd edib ki, qanunvericilikdə gömrük sahəsində olan problemləri bilirik:

“Qanunvericilikdə idxal əməliyyatları üzrə vergi və rüsumların həddən artıq çox olması leqal fəaliyyət göstərən şirkətin qaçaqmalçılıq yolu ilə malların gətirilməsinə şərait yaradır və bu məsələrlə bağlı mübarizəmizi çətinləşdirir. Həm emal, həm də idxalda şəffaflığın təmin olunmasında sahibkarların yanındayıq”.

Oxşar xəbərlər
OTACI