Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nobel prospektində bu dəyişiklik edilərsə sürücülərin yolu qısalacaq: Təklif

17 Feb 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Paytaxtın Nobel prospektində sürücülərin getdiyi məsafəni qısaltmaq və təhlükəsizliyi təmin etmək üçün hərəkətin təşkilinə dəyişiklik edilməsi xahiş olunur. Həmin ərazidə yaşayan bir neçə sürücü bu barədə redaksiyamıza məlumat ünvanlayıb.

Press.az Avtosfer.az-a istinadən xəbər verir ki, Nobel prospektinin üzü "Nargilə Kafesi" istiqamətinə olan hissəsində Süleyman Əhmədov küçəsinə dönmək istəyən nəqliyyat vasitələri üçün svetoforun əlavə bölməsi nəzərdə tutulub. Əlavə bölmədə yaşıl işıq yanan zaman digər istiqamətdən gələn nəqliyyat vasitələrinə hərəkət qadağan edilir.

Nobel prospektinin şəhər istiqamətinə olan hissəsində (Süleyman Əhmədov küçəsi ilə kəsişmədə) svetoforun sola əlavə bölməsi olmadığı və sol zolaqda hərəkətin düzünə təşkil edildiyi üçün geriyə dönmək istəyən sürücülərin yolu uzanır. Bu istiqamətdə hərəkət edən nəqliyyat vasitələri üçün əlavə bölmənin yaradılması sürücülərin rahat, fasiləsiz geriyə dönməsini təmin edə və konfliktsiz keçid yarada bilər.

Oxşar xəbərlər
OTACI