Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ağır xəstə olan Xalq artistinin son görüntüləri - VİDEO

17 Feb 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ATV-də yayımlanan “Şou ATV” proqramının çəkiliş qrupu ağır xəstə olan Xalq artisti Rafael Dadaşovun evində qonaq olub.

Sənətkar evində müalicəsini davam etdirdiyini söyləyib.

R.Dadaşovun arıqlaması isə nəzərdən yayınmayıb. 

Xalq artistinin müğənni qızı Səidə Dadaşova atasının sağlamlığına qovuşacağı günü gözlədiyini deyib.

Nadir hallarda efirlərdə görünən R.Dadaşovun oğlu Emil Dadaşov isə atası ilə fəxr etdiyini və ondan hər zaman ibrət götürdüyünü deyib.

Sonra R.Dadaşov “Şöhrət” ordeninə layiq görülməsindən söz açaraq, efir vasitəsi ilə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Oxu.az

Oxşar xəbərlər
OTACI