Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Portuqaliyada skandal – VİDEO

17 Feb 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Portuqaliya futbolunda qalmaqal baş verib.

Press.az xəbər verir ki, buna 21-ci turun dünən keçirilən “Qimaraynş” – “Portu” matçındakı (1:2) iqrçi hadisələr səbəb olub. Oyundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Serjio Konseysau bildirib ki, futbolçusu Mussa Mareqa iqrçi təhqirlərə məruz qalıb. Onun sözlərinə görə, stadionda hələ matçöncəsi yüngül məşq zamanı yerli fanatlat sabiq futbolçuları olan Mareqanı təhqir ediblər.

Xarici jurnalistlər bildirir ki, buna bir əsas olmayıb. Çünki malili futbolçu bu klubda bir il icarə qaydasında çıxış edib, 13 qol vurub və komandanın Avropa Liqasına vəsiqə qazanmasına kömək edib.

“Qimaraynş”ın baş məşqçisi İvo Vieyra isə deyib ki, Mareqanın ünvanına təhqir deyil, sadəcə fit səsləri eşidib. Amma görüntülərdən də aydın olur ki, futbolçu iqrçiliyə məruz qalıb. 61-ci dəqiqədə o, “Portu”nun qələbəsi ilə nəticələnən ikinci qolu vurub və təhqirlərə dərisinin rənginə işarə jesti ilə cavab verib.

Bundan sonra tribunada durum daha da gərginləşib. Yerli fanatlar meymun qışqırığını imitasiya edən hərəkətlər ediblər, bəziləri isə oturacaqları sındıraraq meydana atıblar.

Futbolçu baş verənləri hakimin diqqətinə çatdırmaq istəyəndə isə sarı vərəqə alıb. Həmin an o, əsəblərinə hakim ola bilməyərək məşqçidən əvəzlənməsini istəyib. “Portu”lu və “Qimaraynş”lı oyunçular Mareqadan meydanda qalmasını istəyiblər. Sırf buna görə matç bir neçə dəqiqə dayanəb. Amma futbolçu fikrindən dönməyərək meydanı tərk edib və paltardəyişmə otağına yollanıb.

Matçdan sonra Mareqa İnstaqram hesabında yazıb: “Stadiona gəlib irqçi təhqirlər səsləndirən bütün axmaqlara demək istəyirəm ki, gedin... Və hakimə “təşəkkür” edirəm ki, öz dərimin rəngini müdafiə etdiyim üçün mənə sarı vərəqə göstərdi. Ümid edirəm ki, onları bir daha meydanda görməyəcəyik. Siz futbol adına rəzalətsiniz”.

 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI