Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nikol Paşinyanın Münhen rəzaləti Ermənilər tərəfindən kəskin qınaqla qarşılanıb

17 Feb 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistanın baş naziri Nikol Paşinyanın Münhen rəzaləti ermənilər tərəfindən kəskin qınaqla qarşılanıb.

Press.az xəbər verir ki, "Azad Azərbaycan" kanalında Paşinyanın Münhen rəzaləti haqqında süjet yayımlanıb. 

Haqqında danışdığımız panel diskusiyada prezident İlham Əliyevin qarşısında gülünc vəziyyətə düşməsini heç cür həzm edə bilməyən ermənilər Paşinyanın timsalında məğlub olduqlarını etiraf edirlər.

Tanınmış erməni yazıçı Anna Turcotte isə daha da irəli gedərək Paşinyana "Ayıb olsun!" deyib. 

“Politekonomiya” araşdırma institutunun direktoru Andranik Tevanyan Paşinyanın bütün parametrlərlə İlham Əliyevə uduzduğunu yazıb. 

Ermənistanın Müxalif Respublika partiyasının mətbuat katibi Eduard Şahnazarov Paşinyanın bir neçə dəqiqə ərzində Ermənistanın və Qarabağın qapısına avtoqollar buraxdığını bildirib. 

Oxşar xəbərlər
OTACI