Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Badamdarda yenidən torpaq sürüşməsi oldu - FOTO

14 Feb 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakının Səbail rayonunda yenidən torpaq sürüşməsi baş verib.

Hadisə Səbail rayonu, Badamdar şossesinin ətrafındakı yamacda qeydə alınıb.

Yamacda baş verən sürüşmə nəticəsində torpaq axını yenidən aktivləşib. Torpaq axını bu gün səhər saatlarında yağışdan sonra başlayıb.

Aidiyyəti qurum əməkdaşları hadisə yerinə yollanıb.

Xatırladaq ki, ərazidə son bir neçə ay ərzində artıq 3-cü dəfədir ki, sürüşmə olur.

Trend

Oxşar xəbərlər
OTACI