Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qazaxıstan koronavirus səbəbindən Çindən 217 nəfəri təxliyə edib

11 Feb 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qazaxıstan höküməti Çində yayılan yeni növ koronavirus səbəbindən bu ölkədən 217 vətəndaşını təxliyə edib.

Press.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Qazaxıstanın səhiyyə naziri Eljan Birtanov deyib.

E.Biltanov bildirib: "Pekindən Nur-Sultana bu gün səhər 217 nəfər qayıdıb".

Nazir qeyd edib ki, təxliyə edilən şəxslər azı 3 gün karantində saxlanılacaq: "Müəyyən risklər var, onlar müayinə ediləcəklər".

Xatırladaq ki, daha əvvəl Qazaxıstanın Xarici İşlər Nazirliyindən fevralın 10-u və 12-si vətəndaşları təxliyə etmək üçün Çinə təyyarələrin göndəriləcəyini bildirmişdilər.

Qeyd edək ki, Çində yeni növ koronavirusdan ölənlərin sayı 1016 nəfərə çatıb. 42638 nəfər koronavirusa yoluxub, 3996 nəfər sağalıb və evə buraxılıb.

Oxşar xəbərlər
OTACI